Səbət

Haqqımızda

Addım 2019-cu ildə Bakıda kiçik krossovka mağazası kimi açıldı. Bu gün ayaqqabı, çanta və geyimi bir yerdə toplayan şəhər mağazasıyıq.

Biz hər gün çox yeriyən insanlar üçün seçim edirik: işə piyada gedənlər, metroda dayananlar, axşamlar bulvarda gəzənlər üçün. Ona görə də kataloqdakı hər modelə əvvəlcə özümüz bir həftə geyinirik.

Nə satırıq

Krossovka və çəkmələr, kürək və çiyin çantaları, sıx pambıqdan hudi və futbolkalar, payız-qış üçün üst geyim. Kolleksiyanı ildə dörd dəfə yeniləyirik, populyar modelləri isə stokda saxlayırıq.

Necə işləyirik

Sifarişi saytdan verirsiniz, operatorumuz zəng edib təsdiqləyir, kuryer Bakı daxilində 1–2 günə gətirir. İstəsəniz, Nizami küçəsindəki mağazamızdan özünüz götürə bilərsiniz — orada ölçüyə baxmaq da olar.

Zəmanət

Etiketi qopmamış məhsulu 14 gün ərzində qaytara və ya başqa ölçüyə dəyişə bilərsiniz. Ayaqqabılara 6 aylıq tikiş zəmanəti veririk.

Zəng et WhatsApp