Çatdırılma və qaytarma
Bakı daxilində kuryerlə 1–2 iş günü, mağazadan götürmə isə pulsuzdur.
- Kuryerlə çatdırılma
- 5 ₼
- Pulsuz çatdırılma
- 100 ₼ və yuxarı sifarişlərdə
- Mağazadan götürmə
- Pulsuz
Kuryer çatdırılması
Bakı daxilində sifarişi təsdiqlədikdən sonra 1–2 iş günü ərzində çatdırırıq. Kuryer gəlməzdən əvvəl zəng edir. Sumqayıt və Xırdalana çatdırılma 2–3 iş günüdür.
Mağazadan götürmə
Sifariş təsdiqlənən gün Nizami küçəsindəki mağazamızda hazır olur. Hazır olanda SMS göndəririk. Sifariş 5 gün saxlanılır.
Ödəniş
Saytda kartla (Visa, Mastercard) onlayn ödəyə və ya məhsulu təhvil alanda nağd ödəyə bilərsiniz.
Qaytarma və dəyişmə
Məhsulu alandan sonra 14 gün ərzində qaytara və ya dəyişə bilərsiniz. Şərt: etiket qopmamış, məhsul geyinilməmiş və qutusu salamat olmalıdır. Pul 3 iş günü ərzində ödədiyiniz üsulla qaytarılır.